Bakıda 8 nəfərin zəhərləndiyi "Dönər market" dönər evinin fəaliyyəti dayandırılıb.
Bizim.Media xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəsimi rayon Polis idarəsinin və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları hadisə yerinə gəlib. "Dönər market" in fəaliyyəti tam dayandırılıb, ərazi lentlənib.
MÖVZU İLƏ BAĞLI:
Bakıda dönərdən kütləvi ZƏHƏRLƏNMƏ - 8 nəfər xəstəxanaya yerləşdirildi
Hazırda obyektdə satılan dönərdən analizlər götürülür.
Qeyd edək ki, zəhərlənmə hadisəsi paytaxtın Nəsimi rayonu, metronun "28 May" stansiyasının yaxınlığında, "28 Mall" Ticarət Mərkəzinin qarşısındakı dönər evində baş verib.
Səhər saatlarında 8 nəfər zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti orta ağırdır (trend).
Bizim.Media