İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumu Avrasiya üzrə Regional Mərkəzinin (ARM) təşkilatçılığı ilə 10 dekabr – İnsan Haqları Günü münasibətilə İƏT üzv ölkələrindən olan bir qrup gəncin Gəncə şəhərinə səfəri baş tutub.
Bizim.Media-nın məlumatına görə, səfər çərçivəsində gəncləri qəbul edən Gəncə icra hakimiyyətinin başçısının birinci müavini Adil Tağıyev rəhbərlik adından onları salamlayıb, bu qədim şəhər haqda, eləcə də 44 günlük müharibə zamanı erməni terroru nəticəsində şəhid olan mülki şəxlər və şəhərin ifrasturukturuna dəymiş ziyanla bağlı məlumat verib.
Səfər çərçivəsində qonaqlar sözügedən müharibədə erməni işğalçılarının raket hücumuna məruz qalmış ailələrlə görüşüblər, həmçinin, Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər, daha sonra “İƏT üzv-ölkələrində insan haqları” mövzusunda dəyirmi masada iştirak ediblər.
Sözügedən səfərə Azərbaycanda təhsil alan 23 İƏT üzv ölkəsindən (Türkiyə, Pakistan, Qazaxıstan, Tacikistan, Özbəkistan, İordaniya, Misir, Yəmən, Qambiya, Mozambik, Nigeriya, Sierre-Leone və s.) 40-dan çox gənc qatılıb.
Səfər zamanı qonaqları millət vəkili Müşfiq Cəfərov və Gəncə şəhər icra hakimiyyətinin nümayəndəsi müşayiət edərək onları maraqlandıran suallara cavab verib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:16 / 13.12.2021
23 ölkənin gəncləri Gəncədə erməni terroru ilə tanış oldu - FOTO
Hazırda oxunan: 23 ölkənin gəncləri Gəncədə erməni terroru ilə tanış oldu - FOTO
Hazırda oxunan: 23 ölkənin gəncləri Gəncədə erməni terroru ilə tanış oldu - FOTO
50388
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.