Gəncədə 3 nəfər tutuldu - SƏBƏB

Gəncədə 3 nəfər tutuldu - SƏBƏB

Hazırda oxunan: Gəncədə 3 nəfər tutuldu - SƏBƏB

0:00
0:00
50143

Gəncədə yüksək gərginlikli elektrik naqillərini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin və Gəncə Xətt Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dəmir yollarında istifadə olunan yüksək gərginlikli elektrin naqillərini oğurlamaqda şübhəli bilinən Ağcabədi rayon sakini Samir Əliyev, qohumları - Cabir Qənbərov və Rüstəm Əliyev saxlanılıb. 

Onlar cari ilin noyabr ayının 3-də dəmir yolu xəttinin Yevlax şəhəri ərazisindən keçən hissəsindən, yüksək gərginlik altında olan elektrik naqillərini kəsərək oğurlamış, həmin naqilləri Bakı şəhərinə apararaq satıblar. 

Dövlətə məxsus, ümumi dəyəri 10.000 mantadan çox olan elektrik naqillərini oğurlamaqda şübhəli bilinən S. Əliyev, C. Qənbərov və S. Hüseynov saxlanılaraq istintaqa təhvil verilib, hazırda qrupun digər üzvünün müəyyən edilərək istintaqa təhvil verilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO