Bakıda qadın narkotacir həbs edildi - DETALLAR

Bakıda qadın narkotacir həbs edildi - DETALLAR

Hazırda oxunan: Bakıda qadın narkotacir həbs edildi - DETALLAR

49987

Bakıda qadından külli miqdarda narkotik vasitə götürülüb.

Bizim.Media xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.

Belə ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sevinc Nuriyeva saxlanılıb.

Onun üzərinə və yaşadığı ünvana baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Nəsimi Rayon Polis cinayət işi başlanılıb.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə S.Nuriyevanın barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO