“Şuşada yeni məktəb tikiləcək” - Emin Əmrullayev

“Şuşada yeni məktəb tikiləcək” - Emin Əmrullayev

Hazırda oxunan: “Şuşada yeni məktəb tikiləcək” - Emin Əmrullayev

49835

"Şuşa 1 nömrəli məktəbin layihələndirmə prosesi başa çatıb, tikintisinə başlanmaq üzrədir".

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə Qarabağda tikiləcək məktəblərlə bağlı açıqlamasında təhsil naziri Emin Əmrullayev bildirib. 

Onun sözlərinə görə, bu prosesin 2022-ci ilin sonuna qədər başa çatacağı gözlənilir:

"Eyni zamanda, Ağdam və Cəbrayılda məktəblərin layihələndirmə prosesinə başlanılıb. Yaxın zamanlarda Füzuli şəhərində də məktəb tikintisi ilə bağlı addımların atılması gözlənilir".

Nazir deyib ki, bunlar çox ciddi və böyük prosesdir:

"Həmin bölgələrdə tikiləcək məktəb layihələri ən yaxşı layihələrdəndir. Həm Ağdam, həm də Şuşa məktəbi özünün müasirliyi, arxitektur inşaat xüsusiyyətlərinə görə ən müasir məktəblərimizdən olacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO