Regionların sosial-iqtisadi inkişafı 4-cü Dövlət Proqramında nəzərdə tutulmuş layihələr uğurla davam etdirilir. Belə layihələrdən biri Salyan şəhərində - Kür çayının sahilində inşa edilən “ASAN xidmət”in binasıdır.
Bizim.Media xəbər verir ki, Olimpiya İdman Kompleksi ilə yanaşı tikilən bu bina təyinatından əlavə, əraziyə xüsusi gözəllik qatacaq.
Salyanda inşa olunan “ASAN xidmət”in tikintisində indi qızğın iş gedir. Dördmərtəbəli binanın mərtəbələrində blokla arakəsmə işləri aparılır, həyətində fəvvarə quraşdırılır.
Obyektin həyətinə daxil olarkən buradakı səliqə-sahman diqqət çəkir. Tikinti materialları səliqə ilə ayrı-ayrı yerlərə yığılıb, daşınıb gətirilən torpaq yayılaraq həyətdə relyef bərabərliyi yaradıb. Bir azdan buraya müxtəlif növ dekorativ ağaclar əkiləcək, yaşıllıqlar salınacaq.
Bizim.Media
![Kür çayının sahilində “ASAN xidmət”in binası inşa edilir - FOTO Kür çayının sahilində “ASAN xidmət”in binası inşa edilir - FOTO](https://bizim.media/file/articles/2021/12/09/1639031955_00a.jpg)
- A-
- A
- A+
Cəmiyyət
10:38 / 09.12.2021
Kür çayının sahilində “ASAN xidmət”in binası inşa edilir - FOTO
Hazırda oxunan: Kür çayının sahilində “ASAN xidmət”in binası inşa edilir - FOTO
Hazırda oxunan: Kür çayının sahilində “ASAN xidmət”in binası inşa edilir - FOTO
49797
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.