Şəhidin anım günündə polis çəkilişə icazə verməyib? - VİDEO

Şəhidin anım günündə polis çəkilişə icazə verməyib? - VİDEO

Hazırda oxunan: Şəhidin anım günündə polis çəkilişə icazə verməyib? - VİDEO

49598

Sosial şəbəkələrdə Şəmkir rayonunda Vətən Müharibəsi şəhidi Təbriz Namazovun anım gününə polisin müdaxilə etməsi barədə iddialar yayılıb. Qeyd olunub ki, polis mərasimdə dronla çəkiliş aparılmasına icazə verməyib.

Bizim.Media xəbər verir ki, məsələyə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş-leytenantı Eşqin Qasımov REAL TV-yə açıqlamasında münasibət bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Şəhid kapitanın xatirəsinə həsr olunan anım mərasimi keçirilib - VİDEO+FOTO


“Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının Vətən Müharibəsi şəhidi Təbriz Namazovun şəhadətə ucalmasının birinci ildönümü münasibətilə keçrilən tədbirdə videoçəkiliş aparılmasına icazə verməməsi ilə bağlı iddialar həqiqətə uyğun deyil və böhtan xarakteri daşıyır.

Məlumat üçün deyim ki, dekabrın 6-da rayonun Aşağı Seyfəli kəndində keçirilən tədbirdə əvvəlcədən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, havadan dronla rəqəmsal çəkiliş aparmaq istəyiblər. Polis əməkdaşları qanunla müəyyən edilmiş qaydada çəkilişi dayandırıb.
 

Avadanlıq sahibi Elşad Tağıyev avadanlığı ilə birlikdə Şəmkir Rayon Polis Şöbəsinə gətirilib. Şöbədə onunla söhbət aparılıb və bildirilib ki, ərazidə hərbi-strateji obyektlər olduğundan havadan çəkiliş aparılması qadağandır.


Daha sonra Elşad Tağıyevə avadanlığı təhvil verilib və o, sərbəst buraxılıb”, - deyə DİN rəsmisi qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO