"Hakimiyyət mediaya pul verməməlidir" - Mehman Əliyev

Hazırda oxunan: "Hakimiyyət mediaya pul verməməlidir" - Mehman Əliyev

0:00
0:00
49253

“Media kommersiya subyektidir. Hakimiyyət mediaya pul verməməlidir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev “Yeni Azərbaycan” qəzetinə müsahibəsində deyib.

O bildirib ki, hazırda bu sahədə pul qazanmaq üçün lazım olan şərait yoxdur:

“Reklam bazarı müəyyən media qurumlarının əlində cəmləşir, ona görə çap mediası çətin vəziyyətə düşüb. Reklam bazarımız ən az illik 400-500 milyon civarında olmalıydı. Halbuki, təxminən 17 milyon təşkil edir. Medianı bu vəziyyətə salmaq olmazdı. Bizə ögey münasibət var. 4 ildir mənimlə danışıq aparırlar. Amma nəticə yoxdur. Media müstəqil, məsuliyyətli və keyfiyyətli olmalıdır. Tək şərtim budur. Dövlət pul verirsə, yalnız onun dediyini yazmağı da tələb edir”.

Mehman Əliyevin “Sizcə, hər həqiqəti demək olar? Cəmiyyət həmişə hər həqiqəti eşitməyə hazırdır?” sualına cavabı isə aşağıdakı kimi olub:

“Cəmiyyət həqiqəti bilməlidir. Bizim işimiz odur. İşin xeyrinə olar. Mən dövlət maraqlarını, milli maraqları da nəzərə alıram. Biz 44 günlük müharibə zamanı sırf belə hərəkət etdik.
Kimsə zəng vurub “bunu et, onu et” demədi, biz özümüz milli maraqlara söykənərək hərəkət etdik. Amma oğurluq, korrupsiya, tender ədalətsizliyi varsa, mən bunu yazmamalıyam? “Turan” 1990-cı ildə yaradıldı ki, 20 Yanvar, Xocalı faciəsi barədə yazsın, haqq səsimizi eşitdirək. Hökumət susurdu, biz yazırdıq. Şuşa alınmışdı, dövlət susurdu, biz yazırdıq. İndi deyin, kim daha düzgün xidmət edib? Mən nə üçün düzgün yolumdan dönməliyəm, həm də 64 yaşımda. Bundan sonra mən fərqli mövqe tuta bilmərəm. Mən, əslində, düz yoldayam, təəssüflənmirəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO