Maşın yolu keçmək istəyən iki qadını vurdu

Maşın yolu keçmək istəyən iki qadını vurdu

Hazırda oxunan: Maşın yolu keçmək istəyən iki qadını vurdu

49219

Mingəçevirdə iki qadını maşın vurub.

Bizim.Media xəbər verir ki, hadisə Qələbə meydanı dairəsində baş verib.

VAZ-2106  markalı maşın yolu keçmək istəyən iki qadını vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Əldə olunan məlumata görə, xəsarət alan şəxslər – 2002-ci il təvəllüdlü Aynur Müşfiq qızı Cəfərli və 1992-ci il təvəllüdlü Ayşən Elxan qızı Kərimlidir. Onların yaxın qohum olduqları deyilir. 

Qadınlardan birinin bud, digərinin çanaq sümüyü qırılıb.

Faktla bağlı araşdırma aparılır. 

Ehtiram Muradov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO