Kürdəmirdə sahibsiz itlər kişinin qulağını qopardı

Kürdəmirdə sahibsiz itlər kişinin qulağını qopardı

Hazırda oxunan: Kürdəmirdə sahibsiz itlər kişinin qulağını qopardı

49200

Kürdəmirdə sahibsiz itlər rayon sakininə hücum edərək qulağını qoparıb.

Bizim.Media xəbər verir ki, hadisə rayonun QarasaqqaI kəndində qeydə alınıb.

Kənd sakini 49 yaşlı Məmmədov Qurban Əhəd oğlu kənddə gəzərkən küçə itlərinin hücumuna məruz qalıb. Nəticədə itlər Q.Məmmədovun sağ qulağını dişləyərək qoparıb.

Zərərçəkən ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, cari ildə Kürdəmirdə 300 nəfərdən çox insan itlərin hücumuna məruz qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO