Hüquq müdafiəçiləri nazirlə Tofiq Yaqublunun vəziyyətini müzakirə etdilər

Hüquq müdafiəçiləri nazirlə Tofiq Yaqublunun vəziyyətini müzakirə etdilər

Hazırda oxunan: Hüquq müdafiəçiləri nazirlə Tofiq Yaqublunun vəziyyətini müzakirə etdilər

49101

Azərbaycan Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlı dekabrın 3-də DİN başçısı Vilayət Eyvazovla görüşüblər.

Bizim.Media xəbər verir ki, bu barədə "Turan" informasiya agentliyi məlumat yayıb. 

"Görüşdə insan hüquqları ilə bağlı bizdə narahatlıq doğuran bir sıra məsələləri müzakirə etdik. Əlbəttə ki, Tofiq Yaqublunun məsələsi, dekabrın 1-də aksiyada saxlanıldıqdan sonra onun vəziyyəti diqqət mərkəzində olub", deyə Qocamanlı qeyd edib.

DİN başçısı polis əməkdaşları tərəfindən Yaqubluya qarşı zorakılığa yol verilməsi ehtimalını istisna edib, bununla belə, müxalifətçinin şikayətinin prokurorluq orqanları tərəfindən araşdırıldığını və nəticələri gözləməli olduğumuzu qeyd edib, deyə Qocamanlı bildirib.

Onun sözlərinə görə, nazir hüquq müdafiəçillərində narahatlıq doğuran məsələlərlə bağlı Monitorinq Qrupu iə dialoqa hazır olduğunu bildirib.

"Bu, çox vacibdir, belə ki, DİN başçısı eyni zamanda Əfv Komissiyasının üzvüdür. Məlum olduğu kimi, əfv institutu siyasi məhbusların azad edilməsi üsullarından biridir", deyə Qocamanlı qeyd edib.

Ümumilikdə siyasi məhbuslar məsələsinə toxunan hüquq müdafiəçisi bildirib ki, bu gün Saleh Rüstəmovun taleyi Monitorinq Qrupunun ən böyük narahatçılığına səbəb olur.

"O, artıq 28 gündür aclıq edir. Qrupumuz noyabrın 30-da Penitensiar Xidmətin Müalicə Müəssisəsində ona baş çəkib. Onun vəziyyəti narahatlıq doğurur. Hesab edirik ki, Birinci Qarabağ müharibəsindəki xidmətləri, Başkənd əməliyyatını həyata keçirməsi, habelə əlil oğlu olduğu nəzərə alınaraq, Saleh Rüstəmov azad edilə bilər və edilməlidir", deyə Qocamanlı bildirib.

Onun sözlərinə görə, məsələnin operativ həlli yollarından biri ona irəli sürülən ittihamların daha yüngül maddələrə tövsif edilməsi və onun həbsdən azad edilməsidir və bu qərarı Ali Məhkəmənin Plenumu qəbul edə bilər.

"Saleh Rüstəmova baş çəkməyimizdən və icra, qanunvericilik və məhkəmə hakimiyyətinin nümayəndələri ilə görüşümüzdən sonra bu şəxsin azad edilməsi məsələsinin müsbət həllinə ümid yaranmağa başlayıb. Təəssüf ki, meydanlarda, KİV-də, sosial şəbəkələrdə ultimatumlarla Rüstəmovun azad edilməsinə nail olmaq cəhdləri yalnlz bu istiqamətdəki səylərə xələl gətirir", deyə Qocamanlı bildirib.

Bununla belə, Qocamanlı qeyd edib ki, hüquq müdafiəçiləri Rüstəmovun azad edilməsi üçün səyləri davam etdirəcəklər.

Bu ziyalı, nəcib insan hansısa siyasi oyunların qurbanı olmamalıdır", - deyə Qocamanlı qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO