Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2021-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 3,2 km uzunluğa malik Nazim İsmayılov küçəsi əsaslı şəkildə təmir edilib. Küçənin eni ortalama 10 metr təşkil edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Bizim.Media-ya verilən məlumata görə, aparılan təmir işləri çərçivəsində Nazim İsmayılov küçəsi boyunca köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb.
Paralel olaraq küçə boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub.
Bununla yanaşı, küçə boyu zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, köhnə səki daşları yenisi ilə əvəz edilib, mümkün ərazilərdə parkinq yerləri təşkil edilib.
Daha sonra isə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq küçəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.
Sonuncu mərhələdə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb, zəruri yerlərdə yol nişanları quraşdırılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:45 / 03.12.2021
Bakıda daha bir küçə təmir olundu – FOTO/VİDEO
Hazırda oxunan: Bakıda daha bir küçə təmir olundu – FOTO/VİDEO
Hazırda oxunan: Bakıda daha bir küçə təmir olundu – FOTO/VİDEO
48911
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.