Sumqayıtda avtoxuliqan sürücülər saxlanıldı – VİDEO

Sumqayıtda avtoxuliqan sürücülər saxlanıldı – VİDEO

Hazırda oxunan: Sumqayıtda avtoxuliqan sürücülər saxlanıldı – VİDEO

48868

Sumqayıtda “QAZ 53” markalı yük maşını və “VAZ 2106” markalı avtomobillə avtoxuliqanlıq edən sürücülər saxlanılıblar.

Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə bir sürücünün Sumqayıt şəhərində “QAZ 53” markalı yük maşını ilə avtoxuliqanlıq hərəkətləri etdiyinin görüntüləri yayılıb. 

Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşlarının qısa zamanda həyata keçirdikləri tədbir nəticəsində həmin sürücünün şəxsiyyəti müəyyən edilib.

Məlum olub ki, hadisə şəhər sakini 17 yaşlı Ə.Məmmədov tərəfindən atasına məxsus 31-BD-205 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə törədilib. Sürücünün yaşı nəzərə alındığı üçün barəsində inzibati qaydada həbs tətbiq edilməyib və o, 1000 manat məbləğində cərimə olunub.

Həmçinin sosial şəbəkələrdə Sumqayıt şəhərində toy karvanında avtoxuliqanlıq edən “VAZ 2106” markalı avtomobilin sürücüsünün də görüntüləri yayılıb.

Sumqayıt ŞPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən həmin sürücü Məhəmməd Fərzəliyev saxlanılıb. Məhkəmənin qərarı ilə Məhəmməd Fərzəliyevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 gün inzibati qaydada  həbs olunub.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO