Azərbaycanda bu işlə təmin olunan əlil şəxslərin sayı açıqlandı

Azərbaycanda bu işlə təmin olunan əlil şəxslərin sayı açıqlandı

Hazırda oxunan: Azərbaycanda bu işlə təmin olunan əlil şəxslərin sayı açıqlandı

48856

"Bu ilin 9 ayında 2 646 nəfər əlilliyi olan şəxs işlə təmin olunub".

Bizim.Media xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin sədr müavini Cəmaləddin Quliyev “Hamı üçün layiqli iş-heç kim kənarda qalmasın” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Sədr müavini bildirib ki, əlilliyi olan şəxslərin sosial müdafiəsi və cəmiyyətə inteqrasiyası bütün dünyada hökumətlərin və cəmiyyətin qarşısında dayanan mühüm vəzifələrdəndir.

Onun sözlərinə görə, özünüməşğulluq proqramının, həmçinin, ödənişli ictimai işlər proqramının icrasında da əlilliyi olan şəxslərə üstünlük verilir və həmin proqramlara cəlb edilənlərin bir hissəsi də əlilliyi olan şəxslərdir:

"Bu il özünüməşğulluq proqramı üzrə 1 200-ə yaxın əlilliyi olan şəxs üçün kiçik təsərrüfatların yaradılması işləri aparılır".

Qeyd edək ki, 3 dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günüdür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO