Azərbaycanda neçə qəzalı məktəb var? – NAZİRDƏN AÇIQLAMA

Azərbaycanda neçə qəzalı məktəb var? – NAZİRDƏN AÇIQLAMA

Hazırda oxunan: Azərbaycanda neçə qəzalı məktəb var? – NAZİRDƏN AÇIQLAMA

0:00
0:00
48722

Azərbaycanda qəzalı vəziyyətdə olan məktəblərin sayı açıqlanıb.

Bizim.Media xəbər verir ki, təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında hazırda ölkədə 4 400-dən artıq məktəbin olduğunu xatırladıb.

Nazir bildirib ki, həmin məktəblərin 75 faizi, yaxud 3 500-ə qədəri tədrisə yararlı vəziyyətə gətirilib:

"Qəzalı məktəblərlə bağlı vəziyyətdən xəbərdarıq. Bütün problemi bir gündə həll etmək mümkün deyil. Növbəlilik əsasında proritet məktəblər seçilir".

"Hazırda işğaldan azad edilmiş ərazilərdə yeni məktəblər tikilir. Bu məktəblər şəhərdə olan yükü azaltmağa və məcburi köçkün məktəblərinin geriyə qaytarılması prosesində məktəb infrastrukturunun daha da yaxşılaşdırımasına xidmət edəcək", - deyə o, əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO