Dekabrın 1-nə keçən gecə Bakı şəhər Binəqədi rayonu 9-cu mikrorayon ərazisində özünü yaşadığı çoxmərtəbəli binadan atan 13 yaşlı qız vəfat edib.
Bizim.Media xəbər verir ki, Cavadxan və M.Kazımovski küçələrinin kəsişməsində yerləşən binanın 14-cü mərtəbəsindən özünü ataraq intihar edən Abdullazadə Z. A. qızının ehtiyatsızlıq nəticəsində yerə yıxıldığı bildirilsə də, sonradan onun həyatına qəsd etdiyi məlum olub.
Bildirilib ki, orta məktəbin 7-ci sinif şagirdi olan Z.A özünü öldürməzdən əvvəl məktub yazıb. O, evdə qoyduğu kağızda "Kim istəyirsə, arxamca gəlsin” sözlərini yazıb.
Həmçinin məlum olub ki, yeniyetmə qız intihar etməmişdən əvvəl bəzənib və məclis paltarı geyinib. Onda ağır psixoloji travmanın yarandığı və bu səbəbdən məlum addımı atdığı qeyd edilir. (Publika.az)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:19 / 02.12.2021
Bakıda yeniyetmə qız bəzəndikdən sonra özünü 14-cü mərtəbədən atdı – İntihar məktubundakı MESAJ...
Hazırda oxunan: Bakıda yeniyetmə qız bəzəndikdən sonra özünü 14-cü mərtəbədən atdı – İntihar məktubundakı MESAJ...
Hazırda oxunan: Bakıda yeniyetmə qız bəzəndikdən sonra özünü 14-cü mərtəbədən atdı – İntihar məktubundakı MESAJ...
48693
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.