Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları karantin postunda xidmət aparan zaman şəhərə daxil olmaq istəyən “Mercedes”markalı avtomobilin sürücüsünün COVID-19 xəstəsi olduğunu aşkar ediblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, koronavirus infeksiyasına yoluxan və ev şəraitində müalicə alan Goranboy rayon sakini karantin rejimi qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib.
O, Mingəçevir şəhərinə daxil olmaq istəyərkən polislər tərəfindən aşkar olunub və yaşadığı ünvana qaytarılıb.
COVID-19 testinin nəticəsi pozitiv olan və ev şəraitində müalicə təyin olunan Mingəçevir şəhər sakini olan bir qadın da qoyulan qaydalara biganə yanaşaraq yaşadığı ünvanı tərk edib. Polislər tibbi prosedurları da gözləməklə onu yaşadığı ünvana geri qaytarıblar.
Hər iki şəxs barəsində Mingəçevir Şəhər Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:14 / 10.12.2020
Daha iki koranavirus xəstəsi ilə bağlı araşdırma aparılır
Hazırda oxunan: Daha iki koranavirus xəstəsi ilə bağlı araşdırma aparılır
Hazırda oxunan: Daha iki koranavirus xəstəsi ilə bağlı araşdırma aparılır
4865
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.