Azərbaycanda dəhşətli hadisə: Polis ailəsi ilə birgə yanaraq öldü - VİDEO

Azərbaycanda dəhşətli hadisə: Polis ailəsi ilə birgə yanaraq öldü - VİDEO

Hazırda oxunan: Azərbaycanda dəhşətli hadisə: Polis ailəsi ilə birgə yanaraq öldü - VİDEO

48646

Ağcabədi rayonunun Hindarx qəsəbəsində fərdi evdə yanğın olub.

Bizim.Media APA-ya istinadən xəbər verir ki, əraziyə FHN-nin Ağdam və Ağcabədi rayonlarının yanğından mühafizə bölməsinin maşını və əməkdaşları və FHN- Qarabağ Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Qəsəbə sakini Kərimov Firdovsi Pənah oğluna məxsus evdə 3 nəfər yanaraq ölüb.

Bunlar 1991-ci il təvəllüdlü Kərimov Miri Firdovsi oğlu, bir yaş yarımlıq Kərimov Pünhan Miri oğlu və Kərimova Nailə İsa qızıdır. Həlak olanlar bir ailənin üzvləridir. 

Kərimov Miri post patrul xidmətinin komandiridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO