FHN-dən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT

FHN-dən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT

Hazırda oxunan: FHN-dən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT

0:00
0:00
48608

Fövqəladə Hallar Nazirliyi (FHN) hava şəraiti ilə bağlı əhaliyə müraciət edib. 

Bizim.Media xəbər verir ki, vətəndaşlara güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli davranaraq yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunub. 

Həmçinin, güclü külək zamanı yanğınların söndürülməsi mürəkkəbləşdiyindən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməsi tələb edilib.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, hazırda güclü küləklə müşayiət olunan qeyri-sabit hava şəraiti dekabrın 2-si gündüzədək davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO