Xalq artisti Yasin Qarayev koronavirusa YOLUXUB

Xalq artisti Yasin Qarayev koronavirusa YOLUXUB

Hazırda oxunan: Xalq artisti Yasin Qarayev koronavirusa YOLUXUB

48530

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, xalq artisti Yasin Qarayev koronavirusa yoluxub.

Bu barədə Bizim.Media-ya aktyorun özü məlumat verib. Aktyorun sözlərinə görə noyabrın 26-da koronavirusa görə verdiyi test nümunəsinin cavabı “pozitiv” çıxıb. Bundan sonra ailəsi ilə birgə karantinə alınıb:

“Ailəlikcə yoluxmuşuq. Yoldaşımla oğlum başqa evdə, mən isə tələbə nəvəmlə digər evdə qalırıq. Müalicəmi evdə davam etdirirəm.
 

Maksimum bütün qaydalara riayət edirəm, tez-tez pəncərələri açıb təmiz hava qəbul edirik və ailə tibb bacısı da lazım olanları edir. Şəkər xəstəsiyəm deyə, bununla bağlı göstəricilərimi də nəzarətdə saxlayırıq”


Yasin Qarayev iki doz peyvənd olunduqlarını da bildirib:

“Noyabrın 8-i üçüncü dozu vurdurmaq üçün gedəcəkdik. Amma bu xəstəlik çıxdı. Görək nə olur”, - deyə aktyor əlavə edib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO