Yeni ildə 5 gün İŞ OLMAYACAQ – Dekabrın axırına qədər MÜDDƏT dəyişə bilərmi?

Yeni ildə 5 gün İŞ OLMAYACAQ – Dekabrın axırına qədər MÜDDƏT dəyişə bilərmi?

Hazırda oxunan: Yeni ildə 5 gün İŞ OLMAYACAQ – Dekabrın axırına qədər MÜDDƏT dəyişə bilərmi?

48380

31 dekabr Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə sayılı günlər qalıb.  Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri məlum olub.

Bizim.Media xəbər verir ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü, 1, 2 yanvar isə bayramla əlaqədar qeyri-iş günüdür. 

1 və 2 yanvar şənbə bazara təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən yanvarın 3-ü və 4-ü də qeyri-iş günü olacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Yeni il şənlikləri ilə bağlı TAPŞIRIQ verildi - Operativ Qərargah


Beləliklə, Yeni il bayramı ilə əlaqədar 5 gün ardıcıl (31 dekabr, 1, 2, 3, 4 yanvar) iş olmayacaq. Bu hazırdakı vəziyyətə uyğun olaraq belədir. 

Bəzi ekspertlərin fikrincə isə pandemik şəraitə uyğun olaraq bəzi ölkələrdə istirahət günlərinin müddəti müəyyən qadağalar altında uzadıla bilər.

“Omikron” ştammından sonra bu fikirlər daha çox səsləndirilməyə başlanıb. Azərbaycanda da dekabrın sonuna doğru vəziyyət öyrənilərək Operativ Qərargah tərfindən istirahət günlərinin sayı artırılması təklif oluna bilər.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO