Bakıda ər arvadını öldürdü - Prokurorluqdan AÇIQLAMA

Bakıda ər arvadını öldürdü - Prokurorluqdan AÇIQLAMA

Hazırda oxunan: Bakıda ər arvadını öldürdü - Prokurorluqdan AÇIQLAMA

48301

Prokurorluq Bakıda qadının qətli ilə bağlı məlumat yayıb.

Bizim.Media xəbər verir ki, noyabrın 29-u saat 13 radələrində 1998-ci il təvəllüdlü Ləman Ələsgərovanın üzərində zorakılıq əlamətləri olan meyitinin Sabunçu rayonu, Pirşahı qəsəbəsində kirayədə yaşadığı evin həyətində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda qətl törədən qardaşlar saxlanıldı


Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1990-cı il təvəllüdlü Şəhriyar Ələsgərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ləman Ələsgərovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Şəhriyar Ələsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO