“AZAL”-dan açıqlama xüsusi reyslərin uçuşu davam etdiriləcək - YENİLƏNİB

“AZAL”-dan açıqlama xüsusi reyslərin uçuşu davam etdiriləcək - YENİLƏNİB

Hazırda oxunan: “AZAL”-dan açıqlama xüsusi reyslərin uçuşu davam etdiriləcək - YENİLƏNİB

4815

Pandemiya dövründə yəni yanvar ayı ərzində

Bakı-İstanbul-Bakı,

Bakı-Ankara -Bakı,

Bakı-Antalya-Bakı

və hər gün 1 dəfə olmaqla Bakı-Naxçıvan-Bakı
reysləri üzrə xüsusi uçuşlar davam etdiriləcək.

Bunu Bizim.Media-ya   açıqlamasında “AZAL”ın mətbuat katibi  Paşa Kəsəmənski bildirib.

Qurum sözçücü deyir ki əhalidə çaşqınlıq yaranmasın. Əgər vətəndaş pandemiya dövründə mövcud reyslər üzrə  bilet alıbsa  uçuşlarını həyata keçirə biləcəklər.

Bizim.Media



***

“Azərbaycan Hava Yolları” QSC müntəzəm resylər üzrə uçuşları yanvar ayının 31-nə kimi təxirə salıb.

Müntəzəm reyslər üzrə olan uçuşlara Türkiyə, Moskva, Avropanın bir neçə ölkəsi üzrə olan digər istiqamətlər daxildir.

Bunu Bizim.Media-ya açıqlamasında “AZAL”-ın  mətbuat katibi Paşa Kəsəmənski dedi.

O bildirdi ki,  bu qərar koronavirus pandemiyası ilə bağlıdır və sərtləşdirilmiş karantin dövründə  ancaq çarter və xüsusi reyslər üzrə uçuşlar olacaq:

“Uçuşların dayandırılamsına  məqsəd Nazirlər Kabineti yanında Operativ Qərargahın Məlumatına əsasən, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya hesab olunan koranavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınmasıdır”.

Gülşanə Mustafayeva, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO