Həftəsonu 73 cinayətin üstü açıldı, 59 nəfər saxlanıldı

Həftəsonu 73 cinayətin üstü açıldı, 59 nəfər saxlanıldı

Hazırda oxunan: Həftəsonu 73 cinayətin üstü açıldı, 59 nəfər saxlanıldı

48125

Ötən həftənin şənbə və bazar günləri törədilən 73 cinayət Respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb.

Bizim.Media xəbər verir ki, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 68 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 46 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO