Azərbaycan bu toydan danışır  - VİDEO

Azərbaycan bu toydan danışır - VİDEO

Hazırda oxunan: Azərbaycan bu toydan danışır - VİDEO

48050
Gəlin çoxdandır xəyalını qurduğu günə hazırlaşdı... Bəy vüsala çatmağa tələsdi...

Toy günlərini möhtəşəm etməyin xəyalını qururdular. Toy mağarı bəzədildi, yeməklər düzüldü, qonaqlar gəldi... Amma gözlənilməz bir sürprizləqarşılaşdılar...

Toy başlayan kimi gəlinlə bəy məkanı tərk etməyə məcbur qalıblar...
Bu görüntülər Tovuzun ucqar dağ kəndi olan Kirənədə təşkil olunmuş toy mərasimindəndir. Toy dolu səbəbindən yarımçıq qalıb.

Kimi başını doludan yastıqla qoruyur, kimi isə mağardan çıxmağın yollarını axtarır...
20 dəqiqə davam edən dolu və külək mağarın içindəkiləri bir-birinə qatıb. Süfrə havada uçub, yeməklər dağılıb, ətraf tar-mar olub....

Qonaqlar mağarın dəmirlərindən tutaraq, toyun davam etməsi üçün dəridən-qabıqdan çıxıblar. Ancaq sonradan daha da şiddətlənən dolu kənd sakinlərinin bu arzusunu ürəklərində qoyub.

Hadisə qarşısında kimisi gülüb, kimisi isə canının hayına qalıb. Amma hər kəs bu toyun başqalarından daha yaddaqalan olduğunu düşünür. Bu təbiət hadisəsi isə yəqin ki, bəy və gəlinin yadında hələ uzun müddət qalacaq /xezerxeber.com/.

aa
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO