Ombudsmandan Allahverdi Bağırovun məzarının sökülməsinə reaksiya - VİDEO

Ombudsmandan Allahverdi Bağırovun məzarının sökülməsinə reaksiya - VİDEO

Hazırda oxunan: Ombudsmandan Allahverdi Bağırovun məzarının sökülməsinə reaksiya - VİDEO

4803

Bu yaxınlarda Ermənistanda sosial şəbəkələrdə azərbaycanlılara qarşı nifrət şüarları səsləndirməklə Azərbaycanın Milli qəhrəmanı Allahverdi Bağırovun məzarını sökən bir qrup erməni millətçisi ilə bağlı video cəmiyyətdə ciddi narahatlıq yaradıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının “Twitter” hesabında paylaşım edilib.

“Bu, Ermənistanın siyasi və hərbi rəhbərliyinin əraziləri işğal altında saxlamaq və 30 il ərzində bir milyon məcburi köçkünü torpaqlarından məhrum etmək üçün erməni əhalisi arasında azərbaycanlılara qarşı ayrıseçkiliyi və nifrəti necə təbliğ etməsini bir daha sübut edir. Videodakı hərəkət nifrət zəminində cinayətdir”, - deyə ombudsman bildirib.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO