“Azərsu” ASC-nin dövlətə borcu 25 milyona ÇATDI – FOTOFAKT 

“Azərsu” ASC-nin dövlətə borcu 25 milyona ÇATDI – FOTOFAKT 

Hazırda oxunan: “Azərsu” ASC-nin dövlətə borcu 25 milyona ÇATDI – FOTOFAKT 

47680

Vergilərin vaxtında və tam şəkildə ödənilməməsi əhalinin rifahına mütənasib şəkildə neqativ təsir göstərən başlıca səbəbdir. Bu mənada dövlət qurumlarının çoxu bu neqativ amillə üz-üzədir. 

Bunlardan biri də 7 aydır rəhbərsiz qalan “Azərsu” Açıq Səhmdar Cəmiyyətidir. Qurumun dövlətə hazırda 24 milyon 662 min 831 manat borcu yaranıb. 

Bu iddia ilə Bizim.Media-ya ictimai vəkil Samir Zeynalov çıxış edib.

Onun sözlərinə görə Dövlət Vergi Xidmətinin məlumatına görə cari ilin son 9 ayı ərzində qurumun ödənilməmiş vergi borcu 2,4 dəfə artıb. 

Məsələ ilə bağlı saytımıza danışan “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı borcun olduğunu təkzib etməsə də, Samir Zeynalovun təqdim etdiyi məbləğlə razılaşmayıb: "O məlumatlar doğru deyil" -deyə, qurum rəsmisi qeyd edib. 

Xatırladaq ki, Qorxmaz Hüseynov “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən bu il mayın 4-də azad edilib. Hələki onun yerinə təyinat olmayıb. 

Alçina Amilqızı, Bizim.Media




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO