Təhsil krediti hansı faizlə VERİLƏCƏK? - TƏHSİL NAZİRLİYİ

Təhsil krediti hansı faizlə VERİLƏCƏK? - TƏHSİL NAZİRLİYİ

Hazırda oxunan: Təhsil krediti hansı faizlə VERİLƏCƏK? - TƏHSİL NAZİRLİYİ

0:00
0:00
47623

“Tələbə təhsil kreditləri əyani təhsil alan, Azərbaycan vətəndaşı olan tələbələrə veriləcək. Azərbaycanda da bir sıra kommersiya bankları kreditlər təklif edir. Ən aşağı faiz 16-dır. Kreditin iki növü var. Bunlar standart və sosialdır. Biz sosial kredit faizini 2, standart növü isə 6 faiz müəyyənləşdirmişik”. 

Bizim.Media xəbər verir ki, bu sözləri təhsil tələbə kreditlərinə müraciətlərin başlanılması ilə bağlı brifinqdə təhsil nazirinin müavini İdris İsayev deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Təhsil tələbə kreditləri üçün müraciətlər başlanıldı – CANLI YAYIM


Nazir mavininin sözlərinə görə, təhsil tələbə kreditləri semestr üzrə veriləcək, hər semestr üzrə müraciət olmalıdır. Akademik borcu olanlar bundan yararlana bilməyəcək:

"Kredit yalnız Azərbaycan vətəndaşı olan tələbələrə veriləcək. Ttələbələrə veriləcək kredit faizləri təhlil və müzakirə edilib. Bu məsələdə bır sıra xarici ölkələnin müxtəlif fazi təcrübələri var. Azərbaycanda isə Mərkəzi Bankın və digər kommersiya təsisatlarını faiz siyasətinin təhlili aparılıb. Sosial kreditlər sosial həssas qruplara veriləcək. Ünvanlı sosial yardım alan, 3-cü qrup əlillik təyinatı olan, valideynləri işsiz olanlar, 1 və 2-ci dərəcə əlilliyi olanlar, işsiz kimi qeydiyyatda olanlar, yaşa görə əmək pensiyası və müavinət alanla, eləcə də bakalavriat üçün 300-700, magistratura üçün 50-100, subbakalavr üçün 110-300 bal aralığında olan şəxslər bundan yararlana biləcəklər. Təhsil müddətində tələbədən kredit və geri götürülməsi istənilmir. Təhsil müddəti bitdikdən sonra kredit dövrü gəlir və bu, 10 illik müddət adlanır. Kreditin qaytarılma müddətində tələbəyə möhlət verilməsi qaydaları var”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO