“Azyaşlı uşaqları təsir altına sala biləcək təhlükələr var” - DİN-dən XƏBƏRDARLIQ

“Azyaşlı uşaqları təsir altına sala biləcək təhlükələr var” - DİN-dən XƏBƏRDARLIQ

Hazırda oxunan: “Azyaşlı uşaqları təsir altına sala biləcək təhlükələr var” - DİN-dən XƏBƏRDARLIQ

47603

“Valideynlər diqqətli olmalıdır, “övladlarımın bütün zəruri təminatlarını həll edirəm, yaxud oxuduram...”, deyib arxayınlaşa bilməz. Çünki sosial şəbəkələr var, dövr fərqlidir - təhdid var, azyaşlı uşaqları təsir altına sala biləcək təhlükələr var. Məhz bu amil diqqətə alınmalıdır”.

Bunu Bizim.Media-ya DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev açıqlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda məktəbli qızı maşına mindirərək oğurlamaq istədilər


Onun sözlərinə görə xəbərsiz itkin düşmə halları ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatların hər biri yoxlanılır, heç bir iddia kənarda qalmır:

“Qız uşaqlarının itkin düşmə halı ilə bağlı xüsusi təsnifat, başqa sözlə, artım indeksi maşahidə edilmir. Bu halların böyük əksəriyyətində valideynlərini məlumatlandırmadan yaxın qohumlarının, tanışlarının yanına getmə hallar var. Ümumən, yaş və cins kateqoriyasından asılı olmayaraq, yaşadığı ünvandan çıxan, qayıtmayan şəxslərlə bağlı polisə daxil olan bütün məlumatlar üzrə təxirəsalınmaz axtarış işi açılır”.

Xatırladaq ki, Pirşağı qəsəbəsində yerləşən 188 saylı məktəbin 5-ci sinif şagirdinin məktəbdən çıxarkən naməlum şəxs tərəfindən hədələnərək qaçırılması cəhdi baş verib. DİN məsələni nəzarətə götürüb.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO