Azərbaycanda kişilər qadınlarını estetik əməliyyata məcbur edir? - Psixoloqdan AÇIQLAMA

Azərbaycanda kişilər qadınlarını estetik əməliyyata məcbur edir? - Psixoloqdan AÇIQLAMA

Hazırda oxunan: Azərbaycanda kişilər qadınlarını estetik əməliyyata məcbur edir? - Psixoloqdan AÇIQLAMA

47506

Kompleks və ya görünüşdə olan anatomik patologiya insanları, xüsusi ilə də qadınları estetik əməliyyat etdirməyə sövq edir. Əvvəllər bu tip əməliyyatları məşhurlarda görə bilirdiksə, hazırda səbəbindən asılı olmayaraq cəmiyyətin istənilən təbəqəsindən olan şəxslər plastik-estetik əməliyyatlara üz tutur. 

Bizim.Media olaraq apardığımız sorğu nəticəsində qadınların həm həyat yoldaşları həm də digərləri tərəfindən bullinqə məruz qaldığı aşkarlanıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Pandemiya BU ŞƏRTLƏRİ dəyişdi - Üz-gözümüzdə nələr baş verir? 


Bəs görəsən bu mövzu haqqında psixoloqlar nə deyir?

Psixoloq Mədinə Rəsul Bizim.Media-ya açıqlamasında insanların estetik əməliyyat həvəslərini onların daxillərində olan travmaları ilə əlaqələndirdi:

“Həmin şəxslər yetərsizlik hissi altında əzilir. Bu hiss insanlarda daha çox yaşadığı sıxıntılı dönəmlərdən sonra yaranır. Bu travmalar daha çox qadınlarda görülür. Partnyoru, sevgilisi ilə şam yeməyində olan xanım bədən quruluşu və ya üzü ilə bağlı neqativ fikir aldıqda depressiyaya qapılır, dəyişmək üçün həll yolunu əməliyyatda görür.

Mükəmməlliyyətçi olan qadınlar nə qədər əməliyyat etdirsələr də güzgüyə baxdıqda yenə qüsur axtarmağa başlayırlar. Ətraflarından daima gözəllikləri ilə bağlı təsdiqlənməklərini gözləyirlər. Çünki həmin düşüncələr təəssüf ki, beyində yox olmur”. 


Psixoloq həmçinin bu məsələdə sosial medianın təsir gücündən də söz açdı:

“Hazırki yaşamımızda insanlar sosial şəbəkələrdə fenomenlərə baxaraq onların həyat tərzlərini, yaşam tərzlərini özlərinə örnək götürürlər. Həmin şəxslər də estetik əməliyyatlardan istifadə edənlərdir. Təəssüflər olsun ki, sosial medianın bu mövzuda da rolu çox böyükdür”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO