Sevdiyi qızı öldürən gənc oğlan edam edildi – TƏFƏRRÜAT

Sevdiyi qızı öldürən gənc oğlan edam edildi – TƏFƏRRÜAT

Hazırda oxunan: Sevdiyi qızı öldürən gənc oğlan edam edildi – TƏFƏRRÜAT

47493

İranda yeniyetməlik çağında, 17 yaşında olarkən sevdiyi Qəzalə Şəkur adlı qızı qətlə yetirən məhkum Arman Əbdülali 8 il həbsdə saxlandıqdan sonra bu gün Kərəc şəhərinin Rəcaişəhr zindanında dara çəkilib.

Bizim.Media "Azad İran" Teleqram kanalına istinadən xəbər verir ki, Armanın sonuncu dəfə ailəsi ilə görüşünə icazə verilməyib.
 

MÖVZU İLƏ BAĞLI:

Sevdiyi qızı boğub öldürən oğlanın cinayət əməlləri ilə bağlı – YENİ DETALLAR


Bildirilir ki, bir neçə gün öncə ölüm hökmünün icrasına hazırlıq üçün təkadamlıq kameraya köçürülən məhkumun bağışlanması üçün müxtəlif şəxslərin və bəzi hüquq müdafiəçilərinin göstərdiyi səylərə baxmayaraq, qətlə yetirilmiş Qəzalə Şəkurun anası və digər ailə üzvləri güzəştə getməkdən və onu bağışlamaqdan imtina ediblər.

Ölüm hökmünün yerinə yetirilməsinə israr etdikdən sonra Arman Əbdülali bu gün səhər saatlarında dara çəkilib.

Yayılan məlumata əsasən, Arman Əbdülali və Qəzalə Şəkur 2012-ci ildə Türkiyə səfərində bir-biri ilə tanış olublar.
 

Onlar İrana qayıtdıqdan sonra ailələrinin razılığı ilə görüşlərini davam etdirmiş, evlənmək qərarına gəlmişdilər. Lakin Qəzalə Şəkurun ailə qurandan sonra da təhsilini davam etdirəcəyini bildirməsi və buna israr etməsi kəskin mübahisələrə səbəb olur.


Nəticədə, məsələ barədə danışmaq üçün sevdiyi qızı evinə dəvət edən Arman aralarında baş verən gərgin mübahisədən sonra qızı qətlə yetirərək cəsədini naməlum yerdə basdırıb.  

Qətl hadisəsindən 8 il keçməsinə baxmayaraq, Qəzalə Şəkurun cəsədinin qalıqları bu günə qədər hələ də tapılmayıb. 

Qeyd edək ki, İran İslam Respublikası əhalisinin sayına nisbətən ölkədə həyata keçirilən edamların sayına görə dünyada 1-ci yeri tutur.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO