“2020-2021-ci tədris ilində Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan İran vətəndaşlarının sayı 1000-ə yaxın olub”.
Bu barədə Təhsil Nazirliyi Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib.
Məlumatda o da qeyd olunub ki, Təhsil Nazirliyi xaricdə yalnız dövlət hesabına, o cümlədən dövlət proqramları və Hökümətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində təhsil alan tələbələrin qeydiyyatını aparır.
MÖVZU İLƏ BAĞLI:
Deputatdan İranda təhsil alan tələbələrimizlə bağlı ÇAĞIRIŞ - “Çevriliş hazırlayırlar...”
Təhsil nazirliyinin məlumatına əsaslanaraq demək olar ki, İranda dövlət xətti ilə təhsil alan tələbəmiz yoxdur.
Bu ölkədə təhsil alan tələblər əsasən şəxsi əlaqələri vasitəsi ilə gedirlər və əsasən dini istiqamətdə oxuyurlar. Ona görə də İranda nə qədər tələbəmizin olduğunu müəyyən etmək çətindir.
Alçina Amilqızı, Bizim.Media