Noyabrın 16-da şəhid olan hərbçilərin ailə üzvlərinə pul verildi

Noyabrın 16-da şəhid olan hərbçilərin ailə üzvlərinə pul verildi

Hazırda oxunan: Noyabrın 16-da şəhid olan hərbçilərin ailə üzvlərinə pul verildi

47447

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun şəhid olan 7 hərbi qulluqçusunun ailələri sosial dəstək tədbirləri ilə əhatə olunub.

Bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyinin əməkdaşları şəhidlərimiz - leytenant Niftəliyev Ümüd Oruc oğlu, gizir Cabbarov Orxan Hətəm oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əliyev Natiq Yusif oğlu, əsgər Ağayev Elçin Mərifət oğlu, əsgər Əlizadə Elmin Samir oğlu, əsgər Əliyev Elçin Ramil oğlu, əsgər Xəlilov Murad Qalib oğlunun ailələri ilə görüşərək onların sosial vəziyyətini öyrəniblər.
 

MÖVZU İLƏ BAĞLI:

8 şəhid ailəsinin evi qazla təmin edildi


Ailə üzvlərinə sosial təminat hüquqları, qanunvericilikdə onlar üçün nəzərdə tutulan güzəşt və imtiyazlar barədə məlumat verilib. 

7 şəhidimizin 14 ailə üzvünə müraciətlərinə ehtiyac qalmadan, zəruri sənədlər toplanaraq Prezidentin aylıq təqaüdü və müavinət, ümumilikdə 15 ödəniş təyinatı həyata keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO