Saxta kriptovalyuta işinə görə azadlığa buraxılan qadın yenidən həbs edildi - VİDEO

Saxta kriptovalyuta işinə görə azadlığa buraxılan qadın yenidən həbs edildi - VİDEO

Hazırda oxunan: Saxta kriptovalyuta işinə görə azadlığa buraxılan qadın yenidən həbs edildi - VİDEO

47292

Azərbaycanda saxta kriptovalyuta satmağa görə saxlanılan Gülara Abdullayeva həbs edilib.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib.

O qeyd edib ki, mütəşəkkil cinayətkar dəstənin üzvləri ifşa edildikdən sonra faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb və Bakı şəhər sakinləri - G.Abdullayeva və Xəyal Yaxyayev saxlanılaraq istintaqa cəlb ediliblər:

"Məhkəmənin qərarı ilə Xəyal Yaxyayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Gülara Abdullayeva isə istintaq müddətində polisin nəzarətinə verilməklə buraxıldı. Lakin sonradan Gülara Abdullayevanın polisin nəzarətinə verilmə qətimkan tədbirinin şərtlərini pozması və zərərçəkən şəxslərə təzyiq etməsi müəyyən olunduğundan o, yenidən saxlanılaraq məhkəməyə təqdim edildi. Məhkəmənin qərarı ilə onun barəsində də 4 aylıq həbs qətimkan tədbiri seçildi".

"Mütəşəkkil cinayətkar dəstənin digər üzvlərinin də müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir", - Mətbuat Xidmətindən bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO