Tik-Tok Azərbaycanda qadağan olunacaq? - Ekspertdən AÇIQLAMA

Tik-Tok Azərbaycanda qadağan olunacaq? - Ekspertdən AÇIQLAMA

Hazırda oxunan: Tik-Tok Azərbaycanda qadağan olunacaq? - Ekspertdən AÇIQLAMA

47147

“İnstagram” və “Facebook kimi nəhəng sosial şəbəkələrdən sonra 2018-ci ildə Tik- Tok” platforması meydana çıxdı. Sələfləri kimi bu sosial şəbəkənin də yumoristik videolara, qısa mətnlərə xas xüsusiyyətləri var.

Lakin bu sosial şəbəkəni son vaxtlar bir çox ölkələr təhlükəli adlandırılmağa başlayıb. Bira sıra ölkələrdə, həmçinin Azərbaycanda da bu açıq-aşkar sezilir. Bunu istifadəçilərin özləri də etiraf edirlər. “Tik-tok” dan hətta həddi buluğa çatmayan uşaqlar da istifadə edir. Nəticədə narkotik vasitələri, xuliqanlığı təbliğ edən paylaşımlar həmçinin cinsi azlıqların rahatlıqla nümayiş etdirdikləri həyatları azyaşlılara birbaşa təsir edir. 
 

MÖVZU İLƏ BAĞLI:

Sosial şəbəkədə ANONİM böhtançılar yaxalanacaq - CİNAYƏT İŞİ açıla bilər 


İndi bəzi ölkələrdəki cəmiyyətlər bu sosial şəbəkənin bağlanması ilə bağlı müzakirələr aparırlar. Bəs görəsən, Azərbaycanda da “Tik-Tok” qadağan oluna bilərmi?

Sualımızı İT məsələləri üzrə ekspert Fərid Pərdəşünas cavabladı. O, Bizim.Media-ya açıqlamasında heç bir qadağanın gözlənilmədiyini bildirdi:

“Heç bir sosial şəbəkə Azərbaycanda bloklanmayıb. “Tik-Tok” da qadağan olunaraq, bloklana bilməz. Məlum məsələyə gəldikdə, doğrudur ki, bəzi paylaşımlar ürək ağrıdır. Lakin bu məsuliyyət birbaşa olaraq paylaşım edən şəxslərə aiddir. Daxili İşlər Nazirliyi narkotik vasitələri təbliğ edən şəxsləri onsuz da cəzalandırır, nəzarətdə saxlayır”.

Həmçinin Fərid Pərdəşünas “Tik-Tok” platformasının müsbət tərəflərinin olduğunu da qeyd edib:

“Digər sosial şəbəkələr kimi “Tik-Tok” da normal platformadır. Sadəcə kontent düzgün deyil. Mən inanıram ki, bu problemlər zamanla aradan qalxacaq. Çünki başlarda “Facebook”, “İnstagram” da da eyni problemlər yaşanıb”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO