Cəlilabadda 20 yaşlı qız itkin düşdü - FOTO

Cəlilabadda 20 yaşlı qız itkin düşdü - FOTO

Hazırda oxunan: Cəlilabadda 20 yaşlı qız itkin düşdü - FOTO

46973

Cəlilabad rayonunun Moranlı kənd sakini, 2001-ci il təvəllüdlü Zəkirə Nadir qızı Mirzəyeva noyabrın 6-da günorta saatlarında rayon ərazisindəki mərkəzi bazardan naməlum istiqamətə gedib. 

Bizim.Media Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, qızın boyu 152 sm, gözləri qonur rəngdədir, orta bədən quruluşludur.

İtkin düşən zaman üzərində boz rəngli gödəkçə və cins şalvar olub.

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinə 055-248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO