DSX-nin giziri Zəngilanda minaya düşdü - Baş Prokurorluqdan AÇIQLAMA

DSX-nin giziri Zəngilanda minaya düşdü - Baş Prokurorluqdan AÇIQLAMA

Hazırda oxunan: DSX-nin giziri Zəngilanda minaya düşdü - Baş Prokurorluqdan AÇIQLAMA

46852

Noyabrın 19-u saat 15 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Zəngilan rayonuna ezam olunmuş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1972-ci il təvəllüdlü Vaqif Babayevin və Dövlət Sərhəd Xidmətinin giziri 1999-cu il təvəllüdlü Renat Ağababayevin tank əleyhinə minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları barədə prokurorluğa məlumat daxil olub.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: ANAMA-nın qrup rəhbəri Zəngilanda minaya düşdü - FOTO


Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib və digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO