Yeni İl ərəfəsində karantin qaydaları sərtləşdiriləcəkmi? – Deputatdan AÇIQLAMA

Yeni İl ərəfəsində karantin qaydaları sərtləşdiriləcəkmi? – Deputatdan AÇIQLAMA

Hazırda oxunan: Yeni İl ərəfəsində karantin qaydaları sərtləşdiriləcəkmi? – Deputatdan AÇIQLAMA

46652

Pandemiyanın hökm sürdüyü, karantin rejiminin davam etdiyi daha bir ilin sonuna yaxınlaşırıq. Belə bir vaxtda hamının düşüncəsini məşğul edən fikrilərdən biri də qaydaların yenidən sərtləşdiriləcəyi ehtimalıdır. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, hazırda yeni ilin astanasında olan bir sıra Avropa ölkələrində epidemioloji vəziyyət pisləşib.

Koronavirusa yoluxma sayı yenidən kəskin şəkildə artmağa başlayıb. ABŞ-da, bir çox Avropa ölkələrində bununla bağlı kütləvi tədbirlərin yenidən qadağan edilməsi haqda təkliflər səslənir.

Bəs görəsən Azərbaycanda hazırki epidemioloji vəziyyət necədir? Bu vəziyyətlə yeni ili rahat şəkildə qeyd edə biləcəyikmi? 
 

MÖVZU İLƏ BAĞLI:

Noyabrda növbəti QAPANMA olacaq? - "Fəlakətli bir durum olsa..."


Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli Bizim.Media-nın insanları düşündürən bu sualına aydınlıq gətirib. Onun sözlərinə görə, ölkədəki epidemioloji vəziyyət hazırda qənaətbəxşdir:

“Ümumi olaraq, xəstəxanalardakı çarpayıların dolması, sonrakı müddətdə ölkə üzrə ambulator şəraitdə müalicə alan şəxslərin statistikasını analiz etsək, vəziyyət yaxşılığa doğru irəliləyir. Vaksinasiya sürətlə həyata keçirilir. Artıq buster dozada da uğurlar əldə olunub. İki doza almış şəxslərin sayı da hədəflədiyimiz 70-80%-lik rəqəmlərə çatmaq üzrədir. Fikrimcə, bu şəkildə qaydalara uymaqla davam etsək, heç bir qadağa tətbiq oluna bilməz”.

Deputat həmçinin vətəndaşların da bu yolda üzərinə böyük məsuliyyətin düşdüyünü bildirdi:

“Hər şey daha çox vətəndaşlarımızdan asılıdır. Karantin rejiminə əməl olunmadığı təqdirdə, Avropada baş verən kəskin epidemioloji vəziyyətin Azərbaycanda da təkrarlana biləcəyi şübhəsizdir. O zaman bayram tətilləri də yasaqlana bilər”.

Səkinə Yusibli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO