"Təhsil sisteminin kökündə duran məsələ dəyərlərin ötürülməsidir. Böyüklər tərəfindən həddən çox gözləntilərin olması ilə razıyam".
Bizim.Media xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, valideynlər onların getdiyi məktəblə, uşaqların getdiyi məktəblər arasında fərqlər olduğunu qəbul etməlidir:
"Biz az sual veririk ki, uşaqlar nə istəyir. Ən vacib sual isə 20-30 ildən sonra uşaqlara nə lazımdır. Fənn bilikləri ilə bağlı deyə bilərəm ki, ayrı-ayrı fənlərin tədrisi köhnəlib. Çünki həyat təcrübəsində fənlərin öyrətdiyi bacarıqların istifadəsi lazımdır".
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:09 / 18.11.2021
Təhsil nazirindən ETİRAF: “Ayrı-ayrı fənlərin tədrisi köhnəlib”
Hazırda oxunan: Təhsil nazirindən ETİRAF: “Ayrı-ayrı fənlərin tədrisi köhnəlib”
Hazırda oxunan: Təhsil nazirindən ETİRAF: “Ayrı-ayrı fənlərin tədrisi köhnəlib”
46588
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.