Şəhid Ümid Niftəliyevin nəşi Naxçıvana yola salındı - VİDEO

Şəhid Ümid Niftəliyevin nəşi Naxçıvana yola salındı - VİDEO

Hazırda oxunan: Şəhid Ümid Niftəliyevin nəşi Naxçıvana yola salındı - VİDEO

46574

Noyabrın 16-da Ermənistanın dövlət sərhədində törətdiyi təxribat nəticəsində şəhid olan leytenant Niftəliyev Ümid Oruc oğlunun nəşi Naxçıvana yola salınıb.

Bizim.Media-nın xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında şəhidi Müdafiə Nazirliyinin əməkdaşları, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin əməkdaşları və ictimaiyyət nümayəndələri yola salıb.

Şəhid doğulduğu Nehrəm kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub, 10 hərbçisi yaralanıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO