Magistraturaya imtahan verənlərin sayında ikiqat ARTIM – Səbəb nə olub?

Magistraturaya imtahan verənlərin sayında ikiqat ARTIM – Səbəb nə olub?

Hazırda oxunan: Magistraturaya imtahan verənlərin sayında ikiqat ARTIM – Səbəb nə olub?

46539

Dövlət İmtahan Mərkəzi (DİM) bu il keçirilən buraxılış və qəbul imtahanlarının nəticələrinə dair araşdırma aparıb.

Bizim.Media xəbər verir ki, bu il ümumtəhsil müəssisələrində 220 359 nəfər məzun təhsil alıb.

Bu məzunlar barədə məlumatlar 4 000-dən çox ümumtəhsil müəssisəsinin məsul şəxsləri tərəfindən “Şagird-məzun” sisteminə daxil edilib, məlumatlar yoxlanılaraq təsdiq edildikdən sonra buraxılış imtahanı bazası formalaşdırılıb.

Məzunların bir qismi təhsildən yayınma, bir qismi isə şəxsiyyəti təsdiq edən sənədinin olmaması səbəbindən buraxılış imtahanlarına cəlb edilməyib.

Ümumilikdə 217 534 nəfər məzun (98.7%) buraxılış imtahanlarında iştirak edib. İmtahanda iştirak edənlərlə yekun attestasiyası aparılanlar arasında yaranan fərqlər onunla izah edilir ki, tədrisi Azərbaycan dilindən fərqli dildə aparılan ümumtəhsil müəssisələrinin bəzi məzunları buraxılış imtahanında iştirak etsələr də, Azərbaycan dili (dövlət dili) imtahanında iştirak etməyibər. Ümumilikdə 218 505 nəfər məzunun (99.2%) yekun attestasiyası aparılıb.

Ötən illə müqayisədə 2021-ci ildə ali təhsilin bakalavriat səviyyəsi üzrə qəbul olanların sayında 1047 nəfər artım olub.

Ali təhsilin magistratura səviyyəsi üzrə elektron ərizə qəbulunda iştirak etmiş bakalavrların sayı isə ötən illə müqayisədə iki dəfədən artıq, yəni 18748 nəfər çox olmuşdur. Bu artım 2021-ci ildə magistraturaya qəbul imtahanının bir mərhələ üzrə iki dəfə keçirilməsi ilə izah edilir.

Eyni zamanda 9 illik baza üzrə orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün əvvəlki illərlə müqayisədə daha çox məzun müraciət etmişdir. Bu onunla izah edilir ki, təhsil haqqında qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən, subbakalavrlar öz ixtisaslarına uyğun olaraq ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimində imtahan vermədən birbaşa iştirak etmək hüququ əldə etmişlər.

Ümumilikdə, bu il ərizə qəbulunda iştirak etmiş şəxslərin sayı ötən illə müqayisədə 32261 nəfər (13.8%) çox, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş şəxslərin sayı isə 4091 nəfər (5.4%) çox olmuşdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO