Şəkidə bu şəxslərə CİNAYƏT İŞİ AÇILDI - RƏSMİ AÇIQLAMA

Şəkidə bu şəxslərə CİNAYƏT İŞİ AÇILDI - RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Şəkidə bu şəxslərə CİNAYƏT İŞİ AÇILDI - RƏSMİ AÇIQLAMA

46494

Şəki rayonu ərazisində ağacların qanunsuz kəsilməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş məlumat əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində yoxlama aparılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Şəkidə “Qırmızı kitab”a düşən ağacların SOYQIRIMI başlayıb – Ekologiya Nazirliyi “qatili” tapacaqmı? - VİDEO


Araşdırma zamanı müəyyən edilib ki, Şəki rayonu Cumakənd kənd sakinləri Adil CəfərovSöhrab Talıbovun istifadələrində olan bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsinin kənarından, Əyriçay çayının mühafizə zolağından köküstə yaş olmaqla müxtəlif diametrli cəmi 14 ədəd qovaq cinsinə məxsus ağaclar kəsilərək aparılıb, nəticədə təbiətə 9 450 manat məbləğində ziyan dəyib.

Fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılaraq istintaqın aparılması Şəki Rayon Polis Şöbəsinə həvalə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO