“Mən xahiş edirəm ki, Milli Məclisin işçilərinə və saxlanılmasına daha çox maliyyə ayrılsın. Mən keçən il burada rəhbər vəzifəsində çalışan bir nəfərin avtomibilinə mindim, vallah mənim 14 illik “Vəhdət” partiyasına aid olan avtomobil ondan yaxşı idi”.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclası zamanı “Milli Məclisin 2022-ci il üçün xərclər smetası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Tahir Kərimli bildirib ki, Milli Məclisdə işləyən hər bir kəs dövlətin simasıdır. Onlara ayrılan məbləğ çox azdır, bu şəxslərə daha çox maliyyə ayrılmalıdır.
MÖVZU İLƏ BAĞLI:
Milli Məclisin iclası başladı – Bu məsələlər müzakirə olunacaq
Deputatın bu çıxışına parlamantin sədri Sahibə Qafarova tərəfindən sərt təpki gəlib. Spiker buna əsəbiləşərək bildirib ki, biz öz halımızdan məmnunuq.
“Tahir müəllim, siz niyə belə narahatsınız? Biz başda rəhbərlik olmaqla hamı öz halından məmnundur. Bizim hər bir şəraitimiz var. Lazım deyildi belə məsələləri gündəmə gətirmək. Bizim nə qədər qaçqınımız var, onlar öz torpaqlarına qayıtmalıdırlar. Müharibədən çıxan bir dövlətik”.
Vüsalə Balayeva, Bizim.Media