Vaqif Əlisoydan müdafiə nazirinə sual var

Vaqif Əlisoydan müdafiə nazirinə sual var

Hazırda oxunan: Vaqif Əlisoydan müdafiə nazirinə sual var

46466

Qarabağ veteranı Vaqif Əlisoy müdafiə naziri Zakir Həsənova müraciət edib. Moderator.az-a daxil olan müraciətdə deyilir:

“Cənab nazir, bu ordunun yaradılmasında, silah -sursatla təmin olunmasında, əsir , girov və şəhid döyüşçülərinin ermənidən geri alınmasında xüsusi xidmətləri olan Qarabağ müharibəsi veteranı Vaqif Əlisoy kimi müraciət edərək asağıdakı sualıma cavab vermənizi xahiş edirəm.

Cənab nazir, təyinatınızı təbrik edir və üğurlar arzulayıram. Müdafiə Nazirliyinə gəlişinizdən sonra nazirlikdə təmizləmə apardınız. Qarabağ döyüşçülərinin əksər hissəsinin qəbul etmədiyi, daha doğrusu, nifrət bəslədiyi Elbrus Orucov başda olmaqla, əksəriyyəti Rusiya meylli mənfi imicli hərbçilərin yüksək postlara təyinati nə ilə əlaqədardır? Yoxsa ictimai fikir sizi maraqlandırmır?

Elə isə əti-qanı ilə o torpağa bağlı olan, iki qardaşı və yaxınları ilə 1988-ci ildən erməniyə qarşı vuruşan, anasının, həyat yoldaşının qiymətli əşyalarını sataraq dəstəni silahla təmin edən, Milli Ordunun ilk mütəşəkkil hərbi hissəsini yaradan, Zəngilan, Qubadlı və Cəbrayılın müdafiəsində böyük xidmət göstərən, Qarabağın hər cığırına bələd olan (belələri orduda yox dərəcəsindədir) və nəhayət Qarabağ uğrunda səhid olmağı özünün ən böyük arzusu hesab edən, Milli Ordunun ehtiyatda olan zabiti,keçmis Laçın alayının komandiri polkovnik Arif Paşayev nədən ordudan kənarda qalmalıdır? Onun kimi döyüs təcrübəsi olan hansı yüksək rütbəli zabitiniz var? Onların çoxunu ki yaxşı tanıyırıq. Unutmayın ki, Arif kimi komandirlərin orduda olması gənc əsgər və komandirlərdə böyük ruh yüksəkliyi yaradar. Bundan isə ancaq millətimiz və dövlətimiz udar. Mənim 60 yaşım var. Biz keçmis Qarabağ döyüşçüləri hər an döyüşə, Vətən və Millət naminə ölümə getməyə, düşməni məhv etməyə hazırıq. Təki Vətən sağ olsun. Şüarımız da budur: YA QARABAÄž, YA ÖLÜM!”

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO