Baş nazirdən əlillərlə bağlı QƏRAR – Qayda dəyişildi

Baş nazirdən əlillərlə bağlı QƏRAR – Qayda dəyişildi

Hazırda oxunan: Baş nazirdən əlillərlə bağlı QƏRAR – Qayda dəyişildi

46438

“Əlilliyin qiymətləndirilməsi Qaydası”na dəyişiklik edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə görə, “Əlilliyin qiymətləndirilməsi Qaydası”na yeni bənd əlavə edilib.

Belə ki, terror hadisəsi ilə əlaqədar əlilliyi qiymətləndirilən şəxs terror hadisəsi nəticəsində zərər çəkməsini təsdiq edən sənədi - cinayət prosesini həyata keçirən orqanın qərarını kağız daşıyıcıda və ya elektron formada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təqdim edəcək. Agentlik terror hadisəsi ilə əlaqədar əlillik səbəbini həmin qərar əsasında müəyyən edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO