Tahir Kərimli parlamentdə yenə KÖVRƏLDİ: “Məmurlar onları incidir” - VİDEO

Tahir Kərimli parlamentdə yenə KÖVRƏLDİ: “Məmurlar onları incidir” - VİDEO

Hazırda oxunan: Tahir Kərimli parlamentdə yenə KÖVRƏLDİ: “Məmurlar onları incidir” - VİDEO

46410

“Bəzi məmurlar şəhid ailələrini, veteranları incidirlər”.

Bizim.Media xəbər verir ki, bunu parlamentin plenar iclasında millət vəkili Tahir Kərimli deyib. 

O bildirib ki, heç kimin ata-babası həmişə varlı olmayıb:
 

MÖVZU İLƏ BAĞLI:

“Hiss edirəm ki, xalqımızın gözündə kiçildik” – Deputat Tahir Kərimlinin ETİRAFI


"Ona gorə də kasıb ailələrə diqqətlə yanaşılmalıdır. Biz 30-cu illəri görmüş xalqıq. Biz müharibədə qalib gəlmişik, amma 3 mindən çox şəhid vermişik. Analarımız müharibədə cənnət qoxulu övladlarını itiriblər. Hər kəs, övladlarını oxşayanda, yemək yeyəndə, rahat gəzəndə onları unutmamalıdır. Çünki şəhid anası o zaman övladının baş daşını sığallayır.

Həmin məmurlar atasının şəklini qucaqlayıb ağlayan şəhid uşaqları yada salsınlar. Bəzi məmurlar onları incidir, onlara diqqət yetirib probleminə lazımi diqqət ayırmır, laqeydlik göstərir. Bu münasibət dəyişməlidir", - deyə Tahir Kərimli vurğulayıb.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO