Deputatdan dini tədris edən universitetlərlə bağlı TƏKLİF

Deputatdan dini tədris edən universitetlərlə bağlı TƏKLİF

Hazırda oxunan: Deputatdan dini tədris edən universitetlərlə bağlı TƏKLİF

46306

"Universitetlərimizin inkişafı üçün bir neçə ali məktəb müəssisəsi seçilməlidir. Onların inkişafı naminə dövlət büdcəsindən əlavə vəsait ayrılmalıdır".

Bizim.Media xəbər verir ki, bunu deputat Musa Qasımlı Milli Məclisin "2022-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsi və büdcəyə daxil olan digər məsələlərə həsr olunmuş plenar iclasında deyib.

Deputat həmçinin təklif edib ki, din təhsili verən ali təhsil ocaqlarında keçirilən din dərslərinə xüsusi diqqət yetirilməlidir.

Onun sözlərinə görə, əgər belə olarsa, bu peşə üzrə təhsil alan gənclər dini təhsil almaq üçün başqa ölkələrə üz tutmazlar.

"Ölkəmizdə din təhsili verən universitetlərin gücləndirməsinə xüsusi diqqət yetirilməlidir ki, din xadimləri ölkəmizdə hazırlansınlar”, - deyə millət vəkili təklifini səsləndirib.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO