Neft Daşlarında dalğanın hündürlüyü 4.5 metrə çatdı – FAKTİKİ HAVA

Neft Daşlarında dalğanın hündürlüyü 4.5 metrə çatdı – FAKTİKİ HAVA

Hazırda oxunan: Neft Daşlarında dalğanın hündürlüyü 4.5 metrə çatdı – FAKTİKİ HAVA

46240

Noyabrın 16-sı saat 11:30 olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Bizim.Media xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, düşən yağıntının miqdarı Vəlvələçay-Təngəaltıda (Quba) 17.0 mm, Ləzədə 12.0 mm, Qusarda 10.0 mm, Şabranda 3.0 mm, Qəbələ, Şəkidə 2.0 mm, Şahdağ, Altıağac, Xaltan, Neftçala, Lerik, Zaqatala, Balakən, Oğuz, Kişçay (Şəki), Sarıbaşda (Qax) 1.0 mm,

Bakıda və Abşeron yarımadasında:

Pirallahı, Maştağa, Sumqayıtda 1.0 mm-dək olub.
 

Qar örtüyünün hündürlüyü Ləzədə 8 sm, Qrız-Qudyalçayda 6 sm, Vəlvələçay-Təngəaltıda (Quba) 4 sm, Sarıbaş (Qax), Qusarda 2 sm, Altıağac, Xaltan, Şahdağda 1 sm olub.


Şimal-qərb küləyi Bakıda 33 m/s, Neft Daşlarında 25 m/s, Sumqayıtda 22 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.5 metrə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5-7° isti, aran rayonlarında 5-10° isti, dağlıq rayonlarda 10-15° şaxta, Naxçıvan MR-da 3° şaxtadan 3°-dək isti olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO