Zəngilanda Arximed qurğusu -

Zəngilanda Arximed qurğusu - "Ağıllı kənd"də gördüklərimiz – REPORTAJ

Hazırda oxunan: Zəngilanda Arximed qurğusu - "Ağıllı kənd"də gördüklərimiz – REPORTAJ

45826

Qarabağ səfərimiz zamanı igid, rəşadətli Azərbaycan ordusunun azad etdiyi əraziləri gördükcə qürur hissi keçirməklə yanaşı, dağıdılıb, viran qoyulmuş yaşayış əraziləri bizə bir o qədər məyusluq yaşadırdı. 30 illik işğal zamanı Azərbaycan torpaqlarında erməni separatçılarının törətdikləri terrorun nişanələri Qarabağın hər addımında hiss olunurdu.

Ancaq bu gün işğaldan azad olunan torpaqlarda gedən quruculuq işləri bizə gördüyümüz ağrı-acını tezliklə unutdurur.

Hazırda Qarabağ möhtəşəm tikinti meydançasını xatırladır. Çəkilən avtomobil və dəmir  yolları, tunellər, bərpa edilən su, qaz, elektrik xəttlərini gördükcə insanda fəxarət hissi baş qaldırır. 
 

MÖVZU İLƏ BAĞLI:

Sərhədçi zabit Aytəkin Alxaslıya Vejnəli döyüşlərinin sirrlərini açdı - ÖZƏL MÜSAHİBƏ - FOTO


Zəngilanda inşa edilən “Ağıllı kənd"

Vejnəlidən qayıdanda yolumuzun üstündə  yerləşən "Ağıllı kənd"ı görəndə ayaq saxlamamaq mümkün deyil. Hazırda burada sürətli şəkildə yenidən qurma işləri gedir. 

"Ağıllı kənd"necə qurulur?

Regionda ilk inşa olunan "Ağıllı kənd” lahiyəsində görülən bütün işlər müasir texnologiyalar əsasında qurulur. Hazırda burada müasir şəhərsalma standartları tətbiq edilməklə evlərə içməli suyun verilməsi, məişət tullantılarının idarə olunması, kommunal xəttlərin yollardan kənar yaşıllıq zolağı ilə çəkilməsi, piyada və velosiped yollarının çəkilməsi işləri görülür.

Eyni zamanda "Ağıllı kənd"də  yaradılan süni göldən Arximed qurğusu vasitəsilə enerjinin alınması, günəş kollektorları vasitəsilə Günəş enerjisindən istifadə, anod-katod istilik sistemlərinin, istilik nasoslarının tətbiqi də  nəzərdə tutulur. 

Hələ bu harasıdır?...

Ağıllı idarəetməyə söykənən "Ağıllı kənd"də yaradılacaq data və təhlil mərkəzindən küçələrin ağıllı işıqlandırılması, təhlükəsizlik kameraları və həyəcan düyməsi, ekoloji nəzarət sensorları da quraşdırılacaq. "Ağıllı təhsil" və "Ağıllı tibb"də interaktiv üsulla tətbiq edilərək sakinlərə xidmət göstəriləcək.

Sırf yeniliklər tətbiq edilən Qarabağın bu ilk kəndində sakinlərin işlə təminatı da nəzərə alınıb. Burada yaradılacaq fermalar, əmtəə betonunun istehsal zavodu, intensiv xurma bağları və ictimai iaşə obyektləri sakinlərə kifayət qədər iş yeri vəd edir.
 

Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumata görə, ilk “Ağıllı kənd"imiz Zəngilan rayonunun Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinə əhatə edərək Ağalı İnzibati Ərazi Vahidi adlanacaq. İlkin olaraq, tikilən 200 evə 400-ə yaxın ailənin köçürülməsi nəzərdə tutulur.


Məlumata görə, dövlət başçısı İlham Əliyevin tapşırığı ilə "Ağıllı kənd" 2022-ci ilin əvvəllərində istifadəyə verilməsi planlaşdırılır.

Bu novator kəndin qurulması Azərbaycan dövlətinin güclü  iqtisadi çəkisinin bütün dünyaya nümayiş etdirəcək. 

Aytəkin Alxaslı, Bizim.Media, Zəngilan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO