Korrupsiyaya görə həbs olunan məmurların ƏMLAKI necə olacaq? - Hüquqşünasdan ÖZƏL AÇIQLAMA

Korrupsiyaya görə həbs olunan məmurların ƏMLAKI necə olacaq? - Hüquqşünasdan ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: Korrupsiyaya görə həbs olunan məmurların ƏMLAKI necə olacaq? - Hüquqşünasdan ÖZƏL AÇIQLAMA

45704

Azərbaycanda aparılan kadr islahatları, korrupsioner məmurlara qarşı DTX əməliyyatları, onların həbsi və məhkəmə prosesi cəmiyyətdə müxtəlif suallara səbəb olub. Belə ki, həbs olunan məmurların dövlətə vurduğu ziyanın neçə faizinin müsadirə olunması insanlara maraqlıdır. Məsələ ilə bağlı sualları vəkil Gülşən Salmanovaya ünvanladıq.

“Əmlak müsadirəsi dövlətə vurulmuş ziyanın həcmi ilə müəyyənləşir. Hansı həcmdə ziyanın vurulması isə qanunvericilikdə nəzərdə tutulan vasitələrlə, ekspert rəyi və digər üsullarla aydınlaşdırılır” deyən, hüquqşünas bundan sonra ziyanın məbləğinə uyğun olaraq şəxsin əmlakının dövlət nəfinə müsadirə olunduğunu qeyd edib.

Bizim.Media-ya özəl açıqlamasında Gülşən Salmanova bildirib ki, bununla bağlı Cinayət Prosessual Məcəlləsində kifayət qədər müddəalar var. 
 

MÖVZU İLƏ BAĞLI:

Keçmiş rəis mənimsədiyi 6 milyon manatı geri ödədi


1. Xüsusi müsadirə

2. Müsadirə

3. Əmlak müsadirəsi

Yəni, proses həmin qanunlarla tənzimlənir:

“Bu prosedur da müvafiq məhkəmələr tərəfindən həyata keçirilir. İbtidai istintaqı həyata keçirən orqan tərəfindən həmin əmlaklar müəyyənləşdirilir, əvvəlcə üzərlərinə həbs qoyulur. Sonradan artıq məhkəmə işə baxarkən, həqiqətən də əmlakın cinayət yolu ilə əldə olunduğunu müəyyən edərsə, həmin əmlakın dövlət nəfinə müsadirəsi barədə qərar qəbul edə bilər. Yəni, cinayət yolu ilə əldə olunubsa, əmlakın konfiskasiyası mümkündür”.

Sonda qeyd edək ki, müsadirə edilmiş əmlakın bir hissəsinin qanunvericiliyə uyğun olaraq hüquq mühafizə və digər orqanlara verilməsi aşağıdakı qaydada həyata keçirilir:

2.1.1. müsadirə edilmiş əmlakın qanunvericiliklə müəyyən olunmuş qaydada hərraclarda satılması və əldə olunan vəsaitin verilməsi;

2.1.2. milli və xarici valyutada olan pul vəsaitlərinin müvafiq qaydada Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin Azərbaycan Respublikasının Mərkəzi Bankındakı hesabına mədaxil olunması; 

2.1.3. müsadirə edilmiş əmlakın natura şəklində verilməsi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO